​“Azərbaycanda xərçəng xəstələrinin sayında artım var”

“Azərbaycanda xərçəng xəstələrinin sayında artım var”.

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycanın baş onkoloqu Azad Kərimov deyib: “Əhalinin sayına görə götürdükdə Azərbaycanda xərçəng xəstələrinin sayı digər ölkələrlə müqayisədə çox azdır. Azərbaycanda 2015-ci ildə 42 min xərçəng xəstəsi qeydiyyatdan keçib. 2016-cı ilin statistikası hələki hazır deyil. Qeydiyyatda olan xəstələrin 17 mini 5 il və daha çox yaşayanlardır. Göstəricilər o qədər də pis deyil”.

Azərbaycanda daha çox hansı xərçəng növü geniş yayılıb?

Baş onkoloq Azad Kərimov deyib: “Qadınlarda süd vəzi və uşaqlıq yolu xərçəngi, kişilərdə ağciyər traxeyası və prostat vəzin xərçəngi geniş yayılıb. 2013-cü ildən indiyədək 600 uşaq müayinədən keçib. Uşaqlar arasında cüzi artım var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR