Yevgeni Bosin Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti "MBA-Moskva"nın İdarə Heyətinin sədr müavini təyin edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Y.Bosin daha əvvəl "MBA-Moskva"nın müştəri əməliyyatları departamentin direktoru vəzifəsində çalışıb.

Bundan başqa, İdarə Heyətinə bankın baş mühasibi Natalya Dmitriyeva daxil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində