Barda QANLI GECƏ: 6 ölü, 22 yaralı

Barda QANLI GECƏ: 6 ölü, 22 yaralı
09:43 4 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Çiuaua ştatının Kuatemok şəhərində barda baş verən atışmada 6 nəfər ölüb, 22 nəfər yaralanıb. Meksika Baş Prokurorluğun məlumatına görə, naməlum şəxs bara girərək “AK-74” avtomat silahı ilə atəş açmağa başlayıb.

Publika.az xəbər verir ki, qanlı hadisənin iki cinayətkar qrup arasında baş verdiyi ehtimal olunur. Lakin hadisənin kim tərəfindən və nə səbəbə törədilməsi hələlik məlum deyil.

Cari ilin əvvəlindən bəri bu bölgədə 700 qəsdən adam öldürmə hadisəsi baş verib ki, bu da 2016-ci ilin müvafiq dövründəki göstəricidən xeyli çoxdur. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR