x
Loading...

YENİ KOMİSSİYA yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli komissiya sədri təyin edilib.

Məlumata görə Humanitar Elmlər Bölməsinin bu gün keçirilən Büro iclasında AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "AMEA-nın professoru" elmi adı haqqında Əsasnaməyə uyğun olaraq HEB üzvlərindən ibarət Ekspert komissiyasının yaradılması məsələsi müzakirə edilib. Bölmənin qərarı ilə akademik Teymur Kərimli komissiyanın sədri təyin edilib.

İclasda bildirilib ki, AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı ilə elan edilmiş "AMEA-nın professoru" müsabiqəsində iştirak üçün humanitar elmlər üzrə dörd alimin namizədliyi irəli sürülüb. Bunlardan iki nəfər Ədəbiyyat İnstitutunun, bir nəfər Dilçilik İnstitutunun, bir nəfər isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.

Akademik Teymur Kərimli bildirib ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorlarının iştirak edir.

Tədbirdə bölmə filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərlinin Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR