Londonda 130 imam terrorçulara cənazə namazı qılmaqdan imtina edib

Londonda 130 imam terrorçulara cənazə namazı qılmaqdan imtina edib
15:52 6 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Londonda 130 imam terror hücumlarını qınayaraq ölən basqınçılar üçün cənazə namazı qılmaqdan imtina ediblər.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, istifadəçilər sosial şəbəkələrdə başqa imamları da eyni hərəkəti etməyə çağırıblar.
Londonun şərqində məsciddə keçirilən mərasimdə çıxış edənlər ekstremizmə qarşı mübarizə aparacaqlarını, terrorun dininin olmadığını, baş verənlərin İslama heç bir halda uyğun gəlmədiyini vurğulayıblar.
Londonun şərqindəki məscidin və London Müsəlman Mərkəzinin nümayəndəsi Məhəmməd Habibur-Rahman terror və ona oxşar əməllərin İslamın ali prinsipləri ilə daban-dabana ziddiyyət təşkil etdiyini bildirib: “Bizi bölməyə çalışanlara qarşı birlikdə olacağıq”.
Qeyd edək ki, iyunun 4-nə keçən gecə "London-Bric” körpüsündəki hadisə nəticəsində 7 nəfər ölüb, 49 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-130-imam-terrorculara-cenaze-namazi-qilmaqdan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR