ƏHALİNİN DİQQƏTİNƏ!

Bu həftənin sonunda keçiriləcək "Formula 1" Azərbaycan "qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bu gündən məhdudlaşdırılıb. Hansı küçə və prospekt bağlanıb və neçə gün bağlı qalacaq.

"Formula 1"-lə əlaqədar Bakının mərkəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bundan başqa həmin marşururta Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Azneft meydanı da daxilidi.

Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlkumata görə, Bakı-Salyan yolunun 14-cü kilometirliyindən, Su Hövzəsi Kompleksindən, Xəqani və Üzeyir Hacıbəyov küçələrinin Rixard Zorge küçəsindən Səməd Vurğun küçəsinədək olan hissələri, Zərifə Əliyeva prospektinin Yusif Məmmədəliyev küçəsinədək olan hissəsi, Rəşid Behbudov küçəsinin Neftçilər prospektindən Nizami küçəsinədək olan hissəsi, Səməd Vurğun küçəsinin Neftçilər prospektindən üzü Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsi, habelə Bülbül prospektinin Neftçilər prospekti ilə Lev Tolstoy küçələri arasındakı hissəsi də nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yol polisi cənub tərəfdən paytaxtın mərkəzinə hərəkət etmək istəyən sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayonundan şəhər istiqamətə hərəkət etmələri tövsiyə edir. Bölmə rəisi Vaqif Əsədov bildirib ki, yarışların keçirildiyi ərazi 3 zonaya bölünüb. Həmin zonalarda yaşayan şəxslərin avtomobillərinə xüsusi buraxılış və fərqlənmə nişanları veriləcək.

Yarışlar iyunun 23-dən 25-də keçiriləcək.

"Formula 1" yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş də qadağan olunacaq. Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az - "köhnə bulvar" olan hissəsi bağlanacaq.

Keçən il olduğu kimi Neftçilər prospekti boyunca olan bulvar hissəsi yarışa bileti olmayanlar üçün bağlı olacaq. Yarış günlərində isə "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq. Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlar bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər. (Xəzər xəbər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR