"Minsk qrupu böyük sülh razılaşmasına nail olmağa çalışır" - Sergey Markov

"Minsk qrupu böyük sülh razılaşmasına nail olmağa çalışır" - Sergey Markov
12:57 21 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün dünya siyasəti müəyyən çalxalanma yaşayır və bu, hamıya təsir edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, hazırda Bakı və Moskva arasında müxtəlif sahələrdə - hərbi sahədən turizm və kənd təsərrüfatı sahələrinədək - münasibətlərin möhkəmləndirilməsi davam edir.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ məsələsi də ikitərəfli münasibətlərdə çox vacib yer tutur.

S.Markov vurğulayıb ki, Rusiya bu prosesdə vasitəçi kimi çox fəaldır və bu məsələdə Kremlin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə fikir ayrılıqları mövcud deyil:

"Bu gün vasitəçilərin əsas məqsədi ondan ibarətdir ki, tərəflərə substantiv danışıqlara başlamağa kömək etsin. Bu danışıqların əsasında fikrimcə, "Kazan formulu", yəni Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması dayanır".

Ekspert vurğulayıb ki, ATƏT-in Minsk qrupu tərəflərin mövqelərini dəqiqləşdirməyə və onları danışıqlar masası arxasında əyləşməyə və nəhayət, böyük sülh razılaşmasına nail olmağa çalışır.

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı proseslər barədə danışan S.Markov qeyd edib ki, mübahisənin tərəfləri təmkinlilik nümayiş etdirir:

"Bununla belə bu məsələnin həllində Bakı ilə Moskvanın konsensus qərarı aparıcı rol oynayacaq. Hər iki ölkənin rəbərliyi arasında etimad səviyyəsinin kifayət qədər yüksək olması bu prosesdə müsbət amil ola bilər. Eyni zamanda, Rusiya tərəfi də Azərbaycan tərəfinə hörmətlə yanaşmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR