Türkiyə qaçqınları saxlamaq üçün xərclədiyi pulun miqdarını açıqladı

Türkiyə qaçqınları saxlamaq üçün xərclədiyi pulun miqdarını açıqladı
15:12 21 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

"2011-ci ilin aprelindən Türkiyə çoxsaylı mühacir qəbul etməyə başlayıb. Suriya hadisələri zamanı o zamankı baş naziri və indiki prezidentimiz Rəcəb Tayyib Ərdoğanın tələbi ilə biz açıq qapı siyasəti həyata keçirdik və sərhədi açdıq. İyirmi üç modern sığınacaq mərkəzi quruldu. Regionlarda ciddi tədbirlər görüldü".  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə baş nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) rəhbəri Mehmet Halis Bilden Türkiyədə səfərdə olan xarici jurnalistlərlə keçirdiyi görüşdə deyib. O bildirib ki, 3,5 milyon mühacirdən bir milyonu məktəb və ya universitet yaşındadır: "Biz məktəbə getmək istəyən uşaqların 65 faizini qeydə almışıq. 2018-ci ilin sonuna kimi isə hamısını məktəblərə qəbul edəcəyimizi bildirmişik. Düşərgələrdə tibbi xidmətlər göstərilir. Onlar dövlət hesabına istənilən vaxt istənilən tibb müəssisəsinə müraciət edə bilərlər".

AFAD rəhbəri dünyanın bu məsələyə göz yummasından və yardımların az olmasından şikayətlənib. Bütün dünyanın etdiyi yardım Türkiyənin yardımların iyirmidə biridir: "Türkiyə hər il mühacirləri saxlamaq üçün 5 milyard dollar sərf edir və bu vəsait büdcədən xərclənir. Avropa İttifaqı ilə Türkiyə arasında 3 milyard dollar yardımın ayrılması barədə sənəd imzalanıb. Bunun 1,6 milyardı rəsmiləşdirilib. Qalanı isə müzakirə mərhələsindədir".
 
M. H. Bilden təmsil etdiyi qurumun fəaliyyətindən də danışıb. O, AFAD-ın 2009-cu ildə qurulduğunu və hökumətin nəzdində fəaliyyət göstərdiyini söyləyib: "Biz fövqəladə vəziyyətləri və indi də Suriya böhranını koordinasiya edirik. Fövqəladə vəziyyət zamanı 28 xidmət qurumunun çalışa biləcəyi mexanizm yaratmışıq. Burada yüksək səviyyəli informasiya texnologiyası infrastrukturu mövcuddur. Hadisələr zamanı dronlar, təyyarələr və digər vasitələrlə məlumatlar mərkəzə ötürülür və daha sonradan onlara uyğun fəaliyyətlərlə bağlı qərarlar verilir". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR