ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı
06:13 22 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətini uzadacağı barədə konqresi məlumatlandırıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata görə, ABŞ-ın 2008-2016-cı illərdə rəsmi Pxenyana qarşı tətbiq etdiyi bir sıra sanksiyaların müddəti uzadılacaq.

Ötən ilin dekabrında ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslər Şimali Koreya hökuməti və ölkənin atom proqramı ilə əlaqəsi olanlardır. Onların arasında müəssisə rəhbərləri, ticarət korporasiyası və atom sənayesi nazirliyinin nümayəndələri də var.

Sanksiya siyahısına həmçinin sənaye və inşaat korporasiyaları, “Air Koryo” aviaşirkəti, “Koryo Bank” daxil olmaqla bir neçə maliyyə və sığorta şirkətləri salınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR