“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır

“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır
11:17 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi “Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri davam etdirir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 380 xətti kilometr həcmində işlərin 300 xətti kilometrlik hissəsi artıq görülüb. Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.
Qeyd edək ki, yatağın qalıq ehtiyatlarının müəyyənləşdirilməsi, tektonikasının və geoloji quruluşunun dəqiqləşdirilməsi, yeni modelinin qurulması, eləcə də karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədi ilə aparılan seysmik işlərə mart ayında start verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR