Müdafiə Nazirliyi: "Görüləcək tədbirlər düşmən üçün sarsıdıcı olacaq"

Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR