Tanınmış aktyor həyat yoldaşını ilk dəfə necə öpdüyü xatırladı - FOTO

Tanınmış aktyor həyat yoldaşını ilk dəfə necə öpdüyü xatırladı - FOTO
12:48 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Eşton Katçer həyat yoldaşı Mila Kunisi ilk dəfə öpməsi haqqında danışıb.

Publika.az xəbər verir ki, Hollivudun tanınmış aktyoru bu yaxınlarda efirdə "Hovard Sterna şou" verilişinin qonağı olub. O, verilişdə 20 il əvvəl Mila Kunislə birlikdə çəkildiyi serialdakı rolundan danışıb.

Yeniyetmələrin həyatından bəhs edən bu teleşou ulduz cütlüyün həyatında mühüm rol oyanıb. Məlum olub ki, Mila Kunis ilk dəfə bu serialda gələcək əri ilə öpüşüb. Aktyor yeni müsahibəsində onların arasında bağlılığın necə yaranmasını da xatırlayıb:

“Onda 19 yaşım var idi, amma Milanın 14. Mən onun yerinə kimya üzrə ev tapşırığını yazırdım. Bəli, mən onun öpdüyü kişi idim, özü də bu öpüşü teleşou əbədiləşdirib. Əslində hər şey çox qəribə idi. Mən öz hərəkətlərimin qanuniliyinə şübhə edirdim. Çünki 19 yaşında gənc idim, o, isə bacım yaşında idi”.

Aparıcı Katçerə xatırladıb ki, Kunis müsahibələrinin birində bu öpüşün yaxşı olmadığını deyib. Aktyor isə bu mülahizəni təkzib edib və fikirlərini belə izah edib:

“O, yalan danışıb. Milanın yeniyetmə vaxtı bu barədə yazdığı gündəliyi var. Orada yazıb ki: "Ah, bu oğlan necə də ehtiraslıdır”. Mən ona cəlbedici görünürdüm, məni bəyənirdi, amma sonra qıcıqlanmağa başladı. Çünki onun böyük qardaşına oxşayırdım”.

İndi ulduz cütlüyün həyatı xoşbəxt görünür. Onların nikahından bir qızı və bir oğlu var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR