Play Store

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli - FOTO

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli - FOTO
12:42 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Space" telekanalının aparıcısı Günel Həsənzadə "Gəlin danışaq" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.

Günel aparıcılıq sahəsinə gəlməsindən söz açıb:

"Hansı verilişi apardımsa, məni onun adı ilə çağırdılar: Banu Günel, Günaydın Günel, Münəccim Günel, Möcüzə Günel. Bunlar məni narahat etmir. 1997-ci ildən çalışıram. 3 ay pulsuz çalışdım, sonra maaş aldım. "Space"in ən qocaman işçilərindənəm. "Təhminə" filmində rejissor köməkçisi olmuşam. Beşinci sinifdən yaşımdan böyük kitablar oxumağa başladım. Azərbaycanda kinorejissorluq fakültəsinə ilk qəbul olan qız mənəm. Film çəksəm, enisklopediyaya düşərəm. Amma çəkməyəcəm, hövsələm yoxdur. Tofiq İsmayılov bütün qızları imtahandan kəsirdi ki, sənin yerin kinostudiya yox, mətbəxdir. Yaxşı ki, imtahanda o yox idi, o, olsaydı məni də kəsəcəkdi".

Günel daha sonra ailəsindən söz açıb. O bildirib ki, ailənin tək övladıdır:

"Anamla tək yaşayıram. Atam yoxdur, beş yaşımda anamla ayrıldılar. Bizi itirib, onu tanıyıram. Amma yenidən görüşməyə fikrim yoxdur. İkiotaqlı evimiz var idi. Atam başqa qadınla evlənib otağın birində qalırdı. Anamla mən isə digər otaqda yaşayırdıq. Düzdür, dalaşmırdılar, amma psixoloji gərginlik var idi. Üç uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin... Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Onlara baxmayaraq mən pozitiv olmağa çalışıram. Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, sənin atan deyil. O biri bacılarınn atasıdır. Mən kişi olsaydım qadınımı o evə gətirməzdim. Baxırsa, qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi də atamın mənə yaşatdığı o anlardır. Heç kimə güvənmirəm, hamıya dost kimi baxıram. Anam onun uşaqlarına yemək, şirniyyat verirdi. Getməyə yerimiz yox idi. Anam çalışırdı, məni saxlayırdı. Bacılarımı çox istəyirəm, amma onlara yaxınlaşmıram. Sumqayıtda xəstəxanada yatanda yanıma gəldilər, mənə yaxınlaşmaq istəyirlər. Amma alınmır məndə".

Aparıcı maddi sıxıntılarından da danışıb:

"İndi ancaq adım var, heç nəyim yoxdur. Evim bankda kreditdədir. Ödəyə bilmirəm, gecikdirirəm. Maşınım yoxdur. Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqda yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi kişilərin xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam.

Hekayələr yazıram. Hələ kağızdadır. Kompüter alıb, ora köçürəndə işıq üzü görəcək. Kompüterim yoxdur, ala bilmirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR