x
Loading...

Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək

Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək
14:35 23 İyun 2017
Ölkə mətbuatı
A- A+
.

Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi "çağırılmamış qonaqlar"dan əziyyət çəkir. Əvvəllər bunun üçün səsli və ya lazer qurğularından istifadə olunub. Bir sıra hava limanlarında arzuolunmaz heyvanların ürküdülməsi üçün ovçu quşlardan ibarət "şahin quş dəstələri" saxlanılır. Kanadanın Edmonton Aeroportunda isə bu işi robotlaşdırılmış şahin yerinə yetirməyə başlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, "Robird" adlanan robot Niderlandın Tvente Universitetində hazırlanıb. Forma, rəng, hərəkət və uçuş xüsusiyyətlərinə görə robotlaşdırılmış şahini uzaqdan həqiqi quşdan fərqləndirmək qeyri-mümkündür. Vəhşi quşlar robot şahini canlı quş və ac yırtıcı kimi qəbul edərək onun olduğu yerdən uzaqlaşmağa çalışırlar.

Məlumata görə, saatda 80 km sürət toplayan robot quş uzaq məsafədən avadanlıq vasitəsilə idarə olunur. Hazırda robot quş aeroportda növbətçilik etsə də, onun tətbiq edilmə sahəsi hava məkanının mühafizəsi ilə məhdudlaşmayacaq. Texnologiyanın tətbiqi üçün vacib sahələrdən biri də kənd təsərrüfatı hesab olunur. Mütəxəssislər tezliklə səmada robotlaşdırılmış şahinlər dəstəsinin görünəcəyini istisna etmirlər.

Nizam Nuriyev
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48627-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR