30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.
Bu günün önəmi barədə Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə
bildirdi ki, 14 fevralı milli Sevgililər günü ilə üz-üzə belə qoymur:
“14 fevral dünya səviyyəsində qəbul
edilmiş Sevgililər günüdür. Bu, insanların bir-birinə münasibətini göstərir. Azərbaycan
İlham və Fərizə bunun nümunəsidir. İlham Azərbaycan uğrunda öz canını qurban
verib. Fərizə xanım isə İlhamsız yaşaya bilməyib.
Müasir dövrdə, bu, gənclərin
bir-birinə olan istəyinin nümunəsidir. Və ildən-ilə cəmiyyətdə bu günə dəyər
verən insanların sayı çoxalır. Bu, tək Azərbaycana deyil, bütün dünyaya nümunədir. Mən bu günün Azərbaycanda istəklilər
günü kimi qeyd olunmasının tərəfdarıyam. Lakin 14 fevralla bu günü üz-üzə
qoymaram. Qoy ilimizin hər bir günü istəklilər günü olsun”.
Qeyd edək ki, bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
Xəyalə Məmmədova / METBUAT.AZ