"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclas iyulun 11-nə təyin edilib.
İttiham aktına əsasən, hadisə ötən ilin iyun ayının 25-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. S.Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd edib. Belə ki, o, əlindəki bıçaqla E.Cəbrayılovun bir gözünü çıxarıb və digər gözünə isə xəsarət yetirib.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həsənovtutulub.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham olunur.