Türkiyə hərbi qüdrətini artırır

Türkiyə hərbi qüdrətini artırır
16:31 8 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə 4 ədəd yeni nəsil F-35 hərbi qırıcı təyyarə alacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin baş naziri Əhməd Davutoqlu bildirib.

O vurğulayıb ki, bundan əvvəl 2 hərbi təyyarə sifariş edilib, hərbi hava qüvvələri texnikasının sayını artırmaq üçün daha 4 qırıcı təyyarə sifariş olunacaq.

Bundan başqa, CH-47F markalı 6 vertolyotun alınması nəzərdə tutulur ki, bu tip helikopterlərin ümumi sayı 11-ə çatdırılacaq.

Xatırladaq ki, dünyanın ən cüclü ordusu siyahısında 6-cı yeri tutan Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti 660 min nəfərdir. Hərbi texnikanın sayı 70 min, dəniz texnikası 265, aviasiya 1940 ədəddir. Ordunun büdcəsi isə 25 milyard ABŞ dolları təşkil edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=318476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR