"Qranada"nın futbolçusu millimizdə

"Qranada"nın futbolçusu millimizdə
17:46 8 Yanvar 2015
192 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib.

Bu barədə Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib.

Onun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədovla yarımmüdafiəçin valideynləri və meneceri arasında keçirilən bugünkü görüş müsbət nəticələnib.

Qurum rəsmisi qeyd edib ki, millimizin baş məşqçisi Robert Prosineçki İsrafilovu nə vaxt yığmaya dəvət etsə, o zaman futbolçu komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, anası azərbaycanlı, atası isə anqolalı olan 22 yaşlı Eddi İsrafilov müqavilə ilə İspaniyanın “Mursiya” klubuna məxsusdur. O, hazırda icarə qaydasında La Liqada mübarizə aparan “Qranada”da çıxış edir.

Xatırladaq ki, bundan öncə AFFA rəsmi səviyyədə bildirmişdi ki, Eddi İsrafilov Azərbaycan millisində oynamaq üçün bir milyon dollar tələb edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR