Antuan Qrizmannla müqavilə yeniləyən "Atletiko Madrid" onun buraxılış qiymətini 200 milyon avroya qaldırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı hücumçunun göstərilən qiyməti növbəti il 2 dəfə azalacaq. Bunun səbəbi Madrid klubuna qoyulan transfer qadağasıdır. "Barselona" Neymarın gedişi ilə əlaqədar bir neçə futbolçunu ehtiyat variant kimi nəzərdən keçirir ki, Qrizmann da bunları arasındadır. Ötən mövsüm "Atletiko"da 36 oyun keçirən futbolçu 16 qol, 8 məhsuldar ötürmənin müəllifi olmuşdu.
Milli.Az