Maaşdan narazı müəllimlər aclıq aksiyası keçirirlər

Maaşdan narazı müəllimlər aclıq aksiyası keçirirlər
20:47 8 Yanvar 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

Keniyada maaşlarının az olduğunu əsas gətirən müəllimlər aclıq aksiyası keçirirlər.
Trend-in Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, aclıq aksiyası artıq 4 gündür davam edir.
 
Onların sözlərinə görə, hər il qiymətlər qalxsa da, müəllimlərin maaşları eyni səviyyədə qalır.
Aclıq aksiyasına qoşulan 13 müəllim məktəbə gəlmədiyinə görə işdən çıxarılıb.
Qeyd edək ki, Keniyada bir müəllim təqribən 110 dollar maaş alır. Üstəlik, onlara 35 dollar həcmində yardım ayrılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR