"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu gün keçirdiyi mətbuat konfansında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün qanunun tətbiqi haqqında fərman imzalayıb: "Qanunun mahiyyəti işsiz olduğu müddətdə vətəndaşların maddi təminatını təmin etmək və həmin müddətdə əmək bazarına cəlb etməkdir. İşsizlik sığortası işsiz vətəndaşı stimullaşdırmamalıdır".