ADPU-da dövlət rəmzimizə qarşı hörmətsizlik

Azərbaycan Dövlət Pedaqoji Universitetinin adının həkk olunduğu lövhə yerə atılıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının gerbinin əks olunduğu lövhənin ayaqlar altına atılması sosial şəbəkədə etiraza səbəb olub.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov lövhənin təsadüfən yerə düşdüyünü bildirib:

“Universitetin bəzi kafedralarında yenidənqurma işləri aparılır. Kafedralar yerini dəyişir, köçür başqa yerə. Bununla əlaqədar iş gedir. Hazırda universitetdə rəsmi təmir getmir. Sadəcə həmin vaxt dediyiniz lövhə dik vəziyyətdə qoyulubmuş. Hərəkət zamanı təsadüfən yerə düşüb. Məsələ 3-4 gün əvvəl aradan qaldırılıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycanın dövlət rəmzlərinə çox hörmətlə yanaşır və yanaşacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR