“Arsenal” futbol klubunun qapıçısı Petr Çex Milli Hokkey Liqasının (NXL) keçmiş forvardı və Çexiya millisinin üzvü Martin Qavlatın vida oyununda iştirak edib.
Publika.az bildirir ki, P.Çex Brno şəhərinə gələrək 1 periodda qapını qoruyub və yenidən “Arsenalı”n düşərgəsinə qayıdıb.
Xatırladaq ki, Qavlat fevral ayında karyerasını bitirib. O, NXL-də “Ottava”, “Çikaqo”,
“Minnesota”, “San Xose”, “Nyu Cersi” və “Sent Lyuis” komandalarının şərəfini qoruyub.