Sosial müavinətə çıxış imkanları sadələşdirilə bilər

Azərbaycanda sosial yardım alanların sayı azalıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az -a verilən məlumata görə, cari il iyulun 1-nə ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib.

Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7 faiz azalıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli sosial yardım alanların sayının azalma səbəblərindən danışıb:

“Sosial müavinət almaq üçün tələb olunan şərtlər sərtləşib. Ailəsində, yaxud da öz adına torpaq sahəsi olan vətəndaşların müavinətinin alınmasında da limit tətbiq edilib. Bunlar isə sosial müavinət almaq üçün müraciət edənlərin sayının azalmasına və təbii ki, verilməsinin də azalmasına gətirib çıxarıb. Sosial müavinətə çıxış imkanları kifayət qədər sadələşdirilməli və dünya praktikasına uyğun olaraq həyata keçirilməlidir. Bəzən maddi imkanı yaxşı olanlar belə müavinət almaq üçün müraciət edir. Bu kimi halların qarşısını almaq üçün yeni qeydiyyat və yeni təsbitolunma indikatorları tətbiq olunmalıdır. Bu isə tez və asan şəkildə vətəndaşların yardım alıb-almayacağına qərar vermək üçün ən effektiv metoddur”.

Azərbaycanda sosial yardım alanların sayı azalıb-Oxumaq üçün tıkla

Səma Əhmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR