Oynaq ağrılarını sağaldan badımcan suyu

Oynaq ağrıları çoxlarını narahat edən problemdir.

Metbuat.az xəbər verir ki, xalq təbabəti oynaqlarda ağrıları azaltmaq üçün çox təsirli vasitələri təqdim edir. Bu vasitələrdən biri badımcan suyudur.

Lazım olan ərzaqlar:

Bir ədəd orta böyüklükdə badımcan, bir litr su və yarım limon suyu

Hazırlanması:

Badımcanı yaxşıca yuyub dilim-dilim doğrayın. Bir litr suyu qaynadıb içərisinə doğradığınız badımcanı da atın. Badımcanları yandırmamağa çalışın. 20-25 dəqiqə ərzində yumşalana qədər bişirin. Daha sonra suyun içində ən az bir saat saxlayın. Bir saat sonra suyu süzün. Badımcan suyunu şüşə və ya tünd rəngli bankada ( tünd rəng mayeni xarab olmaqdan qoruyur) saxlayın. Qabın içərisinə limon suyu əlavə edin. Qarışığı çalxalayın.

Badımcan suyunu gündə 3 dəfə bir həftə boyunca tətbiq edin.

Aysel Yaqubqızı / Metbuat.az

Hər gün bir ovuc badam yeməyin orqanizmə inanılmaz faydası - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR