"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.
Elxan Abdullayev baş məşqçi postundan istefa verdikdən sonra bu vəzifəyə müvəqqəti olaraq, onlara həvalə edilib.
Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı avqustun 25-də "Bakcell Arena”da keçiriləcək.