Aparıcı mərkəzi banklar bazarın maliyyələşdirməsinı dayandırır

Aparıcı mərkəzi banklar bazarın maliyyələşdirməsinı dayandırır
18:27 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/Dünyanın əsas 5 mərkəzi bankı sayılan FED (ABŞ), ECB (Avropa İttifaqı), BoE (İngiltərə), BoJ (Yaponiya) və SNB (İsveçrə) maliyyə bazarlarının illik qlobal likvidlik ehtiyacının 2 trln. dollarını təmin edir. "Report" "Investinq.ru" saytına istinadən xəbər verir ki, bu vəsaitin təxminən 90%-i ECB və BoJ tərəfindən ödənilir. Belə bir vəziyyət heç 2008-2009-ci illərin maliyyə böhranı zamanı müşahidə olunmayıb. Mərkəzi banklar elə bir həcmdə qiymətli kağızlar alaraq maliyyə bazarlarını likvidliklə təmin edir ki, sanki qlobal maliyyə böhranının pik nöqtəsidir. Nəticədə, 2016-cı ildən etibarən maliyyə bazarları sabitlik qazana bilib.
Qeyd edək ki, mərkəzi bankların monetar ekspanisyası mütləq şəkildə qlobal bazarlarla korrelyasiya təşkil edir. Belə ki, statistikaya əsasən, ABŞ-ın "S&P 500" birja indeksinin artım sürəti, adı çəkilən 5 əsas mərkəzi bankın monetar ekspansiyada intensivlik dərəcəsinin yüksəlməsinə bağlı olaraq dəyişir. Bankların fəaliyyətində hər hansı dayanma halında fond birjaları artımını dayandırır.
Xatırladaq ki, hazırda bu 5 bankın aktivlərinin cəmi 16 trln. dollara yaxınlaşır və bu, 2008-ci ildə maliyyə böhranı başladığı dövrlə müqayisədə 4,5 dəfə çoxdur. ECB-nin aktivləri 5 trln. dollar həddini aşıb, FED və BoJ üzrə isə 4,5 trln. dollara yaxındır.
Bu ilin sonunda ECB və BoE-nin monetar ekspansiya proqramı sona çatır. FED isə 2014-cü ildə prosesi sona çatdırıb. Bu il FED-in aktivlərini azaltmağa başlaması gözlənilir. Həmçinin, FED-in cari ilin VI rübündə 500 mlrd. dollar həcmində istiqraz yerləşdirəcəyi bildirilir. Nəticədə, fond birjalarında 15%-ə yaxın azalma, dolların məzənnəsində isə kəskin artım müşahidə oluna bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aparici-merkezi-banklar-bazarin-maliyyelesdirmesini-dayandirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR