Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Festivalda 22 ölkənin, 44 şəhər və rayonun şirniyyatçıları iştirak ediblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı 5 mindən çox yerli və xarici turist izləyib.
Publika.az AZƏRTAC-a istinadən festivaldan fotoreportaji təqdim edir.