Сənubi Koreyada balıqçı gəmisi yük gəmisi ilə toqquşub: ölənlər var
Paylaş
·262 baxış·1 dəq oxu
Bakı. 31 avqust. REPORT.AZ/ Yapon dənizində Cənubi Koreyanın Pxoxan şəhəri yaxınlığında balıqçı gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.