Millət vəkilindən AYB ilə bağlı təklif

Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş "26" kafesi ilə bağlı məsələ gündəmdən düşmür.

Metbuat.az-ın məlumatına görə, millət vəkili Aydın Mirzəzadə bununla bağlı maraqlı təklif irəli sürüb:

“Problemin həlli çox sadədir - AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir”.

Aydın Mirzəzadə bildirib ki, bu təklifi payız sessiyasının büdcə müzakirəsində qaldırnaq fikrindədir: “AYB üzvləri ortaya çıxan bir sıra problemlərin həllində sıxıntı keçirməsinlər. Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır”.

Millət vəkilinin digər təklifi isə budur ki, kafe yerləşən obyekti hansısa bir təşkilat, məsələn, SOCAR təmir etsin, Uşaq Ədəbiyyatı Mərkəzinə çevirməyə yardımçı olsun:

“Dəyərli yazıçılarımız isə onlara xas olmayan işlərdən azad olub, bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilər”.

Günay Elşadqızı / METBUAT.AZ

Filmdə azad edilən kənd PKK tərəfindən işğal edilib? - OXUMAQ ÜÇÜN TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı