“Beşiktaş”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Portu”nu məğlub etməsi (3:1) Türkiyədə əsl gündəm olub.
Fanat.az xəbər verir ki, oyundan əvvəl Merve Taşkın adlı bir xanım azarkeş “Beşiktaş” “Portu”nu məğlub edəcəyi halda, sinəsinə İstanbul klubunun adını yazdıracağına söz verib.
“Qara qartallar” 3:1 hesablı qələbə qazanınca, Merve Taşkın da sözünü tutmaq məcburiyyətində qalıb. O, sinəsinə “Beşiktaş” yazdıraraq, şəklini sosial mediada paylaşıb.
"Beşiktaş" "Portu", "Leypsiq" və "Monako" ilə eyni qrupda mübarizə aparır.

Fanat.Az