"Report"un məlunatına görə, hadisə rayonun Qızılağac kəndində baş verib.
Həmin kəndin sakini olan Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən hələki bilinməyən səbəbdən döyülüb.
O, ağır halda Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddə ilə cinayət işi açılıb.