"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.
Onun sözlərinə görə, bu işlərin qurtarması üçün Prezident İlham Əliyevin sərəncamı ilə "Azərsu" ASC-YƏ 12 milyon manat vəsait ayrılıb: "9 proyekt konkret analiz olunub, aidiyyatı qurumlarla razılaşdırılıb".
"İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda yağış-qar məsələsində əzab-əziyyət çəkməsin", - baş nazirin müavini əlavə edib.