Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, böyük alim Lütfi Zadənin nəşi həftə sonu Azərbaycana gətiriləcək.
Metbuat.az-ın məlumatına görə, bu barədə Lütfi Zadənin ailə dostu, professor Şahnaz Şahbazova məlumat verib. Onun sözlərinə görə, sənədləşdirmə işləri ilə əlaqədar bu proses bir az zaman alır.
Xatırladaq ki, Lütfi Zadənin vida mərasimi, dəfni ilə bağlı bütün işlərlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məşğul olacaq. Heydər məscidində Lütfi Zadənin cənazə namazı qılınacaq. Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək, daha sonra I Fəxri Xiyabanda dəfn olunacaq.
Günay Elşadqızı \ METBUAT.AZ