Bakı. 27 sentyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında, “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası qrup mərhələsinin ikinci turunda İtaliyanın “Roma” klubu ilə qarşılaşır.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək edirlər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirir. Matçın hakim-inspektoru israilli Haim Yakov, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb. “Roma” isə doğma meydanda “Atletiko Madrid” ilə heç-heçə edib – 0:0.