“KİV əməkdaşları arasında müsabiqə keçirilsin” - İnstitut direktoru / FOTOLAR

“Dil, xalqın varlığı, ən böyük sərvətidir”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür: “Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür. Dilçilik İnstitutuna ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiqi barədə layihə hazırlamaq tapşırılıb. Hazırda bu istiqamətdə iş gedir. Ancaq ilk növbədə ana dilini sevmək lazımdır. Sevəndə bu cür yanlışlıqlar olmayacaq”.

Möhsün Nağısoylu təklif edib ki, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları arasında ana dili ilə bağlı müsabiqə keçirilsin: “Azərbaycan dilini bilmək lazımdır, sevmək lazımdır, peşəkarlər və məsuliyyət hiss olmalıdır. Əvvəllər AzTV-də “Azərbaycan dili” verilişi vardı. Həmin verilişin bərpa edilməsinə ehtiyac var”.

Sonda İnstitut direktoru bildirib ki, hazırda Dilçilik İnstitutunda yeni orfoqrafiya və orfoepiya lüğəti hazırlanır: “Bu da bizim ümumi işimizə xeyirli olar”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı