Ağstafa. 10 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda yerli sakin bıçaqlanıb.
"Report"un qərb bürosunun məlumatına görə, hadisə rayonun Yoxarı Göycəli kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Kərimov Anar Cəmil oğlu naməlum şəxs tərəfindən mübahisə zəminində bıçaqlanıb. İki bıçaq yarası alan A.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti arta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.