Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 13 nəfərə çatıb
Paylaş
·178 baxış·1 dəq oxu
Bakı. 10 oktyabr. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatı ərazisində baş verən meşə yanğınları nəticəsində ən azı 13 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilir. Qeyd olunur ki, meşə yanğınları ilə bağlı vəziyyət yaxın vaxtlarda pisləşə bilər. Çünki bölgədə quru hava şəraiti proqnozlaşdırılır.