Kərkükdə böyük neft yataqları tapılıb

Metbuat.az 15 oktyabrda tarixdə yaddaqalan hadisələri təqdim edir:

1783-cü il – İlk dəfə balonla uçuş həyata keçirilib.

1806-cı il – Bakı xanlığı Rusiyanın tabeliyinə keçib.

1815-ci il – Fransız imperatoru Napoleon Müqəddəs Elen adasına sürgün edilib.

1878-ci il – Tomas Edison, Edison "Electric Light Co" adlı şirkəti qurub.

1927-ci il – Kərkükdə böyük neft yataqları tapılıb.

1928-ci il – Almaniyadan uçan dünyanın ən böyük hava gəmisi Atlantik okeanını keçərək Graf Zeppelin ABŞ-da Nyu-Cersiyə enib. Uçuş 111 saat davam edib.

1934-cü il – Mao Tszeduna (Mao Zedung) bağlı 100 min nəfərlik birlik, Çinin cənub-şərqindən başlayaraq şimali-şərqə qədər 10 min kilometrlik Böyük yürüşə başlayıb.

1943-cü il – Moskva Dövlət Beynəlxalq əlaqələr İnstitutu təsis edilib.

1946-cı il – Ölüm hökmünə məhkum edilmiş Herman Görinq qaldığı kamerada özünü zəhərləyib.

1961-ci il – "Amnesty İnternational" təşkilatı Londonda təsis edilib.

1975-ci il – Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında Avropa Konvensiyası qəbul edilib.

1993-cü il – Nobel Sülh Mükafatı, Cənub Afrika prezidenti De Klerk ilə Afrika Milli Konqresi prezidenti Nelson Mandelaya verilib.

2002-ci il – Səddam Hüseyn referendumda 100% səs toplayaraq növbəti dəfə prezident seçilib.

2002-ci il – Unibank Azərbaycanın iki qabaqcıl kommersiya bankının – MBANK (1992) və PROMTEXBANKın (1994) birləşməsi nəticəsində yaranıb.

2003-cü il – İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.

2008-ci il – İlham Əliyev II dəfə Azərbaycan prezidenti seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR