İrlandiyada "Ofeliya" qasırğası nəticəsində azı 3 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli RTE telekanalı xəbər verib.

Daha əvvəl, ağacların aşması nəticəsində 2 nəfərin öldüyü haqda məlumat verilib.

Qeyd edək ki, ölkənin cənubunda elektrik xətlərinin zədələnməsi səbəbindən 360 minə yaxın ev işıqsız qalıb.

Milli.Az