SOCAR yeni istiqraz emissiyası həyata keçirə bilər

SOCAR yeni istiqraz emissiyası həyata keçirə bilər
12:27 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerli bazar üçün daha bir istiqraz emissiyası həyata keçirə bilər.
"Report" xəbər verir ki, bunu SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu jurnalistlərə bildirib.
"Bununla bağlı çalışırıq. Amma istiqrazın nə vaxt buraxılacağı ilə bağlı dəqiq tarix demək mümkün deyil. İstiqrazların həcmi, hansı valyutada buraxılması, müddəti də bəlli deyil. Amma işlərimiz davam edir. Dəqiq olan odur ki, SOCAR olaraq yola çıxarkən 50 mln. dollar və daha çox rəqəmlərlə müzakirə aparmağı üstün tuturuq", - deyə A.Ağaoğlu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan maliyyə bazarının inkişafı üçün də yeni istiqraz buraxılışına ehtiyac var.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/socar-yeni-istiqraz-emissiyasi-heyata-kecire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR