İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirdi

İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirdi
22:12 17 Oktyabr 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın paytaxtı İrəvandda taksi sürücüləri etiraz aksiyası keçiriblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, cərimələrə qarşı etiraz edən taksi sürücüləri nəqliyyat və rabitə naziri Vahan Martirosyanın və baş nazir Karen Karapetyanın istefasını tələb ediblər.

Aksiya zamanı "Avtomobil sürücülərinin müdafiəsi liqası"nın sədri Tiqran Ovanisyan nazirin heç bir işlə məşğul olmadığını deyib.

"Bütün taksi sürücülərini cərimələyirlər, nazir bizə söz vermişdi ki, parlamentdə taksi xidmətləri ilə bağlı problemləri qaldıracaq, ancaq heç nə etmədi".

Ovanisyan deyib ki, nəqliyyat və rabitə naziri açıq-aydın bu sahəyə rəhbərlik edə bilmir və istefa verməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR