Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb

Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb
09:37 18 Oktyabr 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 18 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda dörd nəfərin xəsarət alması lə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Gərənə kəndi ərazisində baş verib. 
Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Xəlil Teymur oğlu Həsənovidarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan, Vasif Vaqif oğlu İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və avtomobillələrdə olan sərnişinlər -  17 yaşlı Namiq Hafiz oğlu Əvəzov, 17 yaşlı Kənan Murşud oğlu Teymurlu müxtəlif dərəcəli bəsən xəsartələri alıb. 
Yaralılar Bərdə Rayon Mərkəızi Xəstəxanasına yerlişdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-yol-qezasinda-4-nefer-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR