Roza Zərgərlinin "Bakı Vaxtı ilə" adlı müəllif verilişi Lider TV-də

Roza Zərgərlinin "Bakı Vaxtı ilə" adlı müəllif verilişi Lider TV-də
17:17 18 Oktyabr 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 22-si, saat 18-də "Lider" telekanalında populyar azərbaycanlı müğənni Roza Zərgərlinin "Bakı Vaxtı ilə" adlı müəllif televiziya verilişi yayına çıxacaq.

Milli.Az xəbər verir ki, mövsümün ilk buraxılışı verilişin 4 illiyinə həsr olunacaq.

Xatırladaq ki, müəllif proqramında təkcə milli incəsənətimiz təbliğ olunmur, eyni zamanda korifeylərimizin həyatı və bilinməyən sənət sirləri barəsində maraqlı araşdırmalar təqdim olunur.

4 il ərzində tamaşaçılar Şövkət Məmmədova, Vaqif Mustafazadə, Əminə Dilbazi, Şəfiqə Axundova, Emin Sabitoğlu, Lütfəli Abdullayev və digər nüfuzlu sənət nümayəndələri barəsində zəngin məlumatlar əldə edə biliblər.

Qeyd edək ki, daha əvvəllər proqram İctimai televiziyanın efirindən izləyicilərə təqdim olunurdu.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/591471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR