Bakıda gənc oğlanı restoranın qarşısında qonşusu bıçaqlayıb

Bakıda gənc oğlanı restoranın qarşısında qonşusu bıçaqlayıb
08:37 20 Oktyabr 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Salyan şossesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.

Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/591999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR