“iOS 11” sisteminin bazar payı azalmağa başlayıb

“iOS 11” sisteminin bazar payı azalmağa başlayıb
17:35 20 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Real vaxt rejimində “iOS” sistemi ilə işləyən elektronikanın statistikasını izləyən “Mixpanel” servisinin məlumatına əsasən, “iOS 11” mobil əməliyyat sisteminin təqdim edilməsindən sonra ilk dəfə onun bazar payı azalmağa başlayıb. 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “iOS 11” sistemi 19 sentyabr 2017-ci il tarixində təqdim edilib. 24 saat bu versiyanı “iPhone”, “iPad” və “iPod touch” istifadəçilərinin 10,1%-i yükləyiblər. Bir, iki və üç həftə sonra yeni sistemin bazar payı müvafiq olaraq 25%, 35% və 47% təşkil edib.

19 oktyabr 2017-ci il tarixində “iOS 11” sisteminin göstəricisi 55%-i ötüb, ancaq növbəti gün 52%-dək azalıb. Həm də bu, “iOS 10” sisteminə görə deyil, sözügedən əməliyyat sisteminin daha köhnə versiyaları (bazar payı 6-dan 11%-dək artıb) sayəsində baş verib.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50803-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR