Ağdaşda örüşdən qayıdan mal-qaraya canavarlar hücum edib

Ağdaşda örüşdən qayıdan mal-qaraya canavarlar hücum edib
00:07 23 Oktyabr 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 23 oktyabr. REPORT.AZ/ Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.
Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.
Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-orusden-qayidan-mal-qaraya-canavarlar-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR