Gürcüstanda bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanıb

Gürcüstanda bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanıb
00:27 23 Oktyabr 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bazar günü Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, nəticələrə görə, "Gürcüstan arzusu" hakim partiyası seçici səslərinin 55,73%-ni qazanıb.
İkinci yerdə keçmiş hakim partiya olan "Vahid milli hərəkat" qərarlaşıb. O, 3 min 644 seçki məntəqəsindən yığılan bülletenlərin hesablanmasından sonra səslərin 17,07%-ni əldə edib. Sonrakı yerlərdə "Avropa Gürcüstanı" (10,49%), "Gürcüstan Vətənpərvərləri Alyansı" (6,56%), Leyboristlər Partiyası (3,27%) qərarlaşıb.
MSK-nın məlumatına görə, 59 bələdiyyədən 54-də və beş özünü idarəetmə orqanından dördündə (eləcə də Tbilisidə) keçirilən mer seçkilərində "Gürcüstan arzusu" qalib gəlib. Sözügedən partiyadan namizəd olan Kaxa Kaladze seçicilərin 51,06% səsini toplayaraq Tbilisi meri seçkilərində qalib gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-belediyye-seckilerinin-yekun-neticeleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR