Hacıqabulda maskalı şəxslər evə basqın etdilər

Hacıqabulda maskalı şəxslər evə basqın etdilər
13:12 23 Oktyabr 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda evə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə girib onu və qızı Rəhiməni bıçaqla hədələyən, lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Məlumata görə, evə basqın edən şəxslər maskalı olublar. Artıq hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/592888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR