Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb

Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb
15:42 23 Oktyabr 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynanın 31 yaşlı vətəndaşı ilə Rusiya sərhədçiləri arasında Kursk vilayəti ərazisində atışma olub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyətlə əlaqələr mərkəzi yayıb. 
“Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayət üzrə Sərhəd İdarəsinin əməkdaşları ilə Ukraynadan Rusiyaya dövlət sərhədini qanunsuz yolla keçən 31 yaşlı Ukrayna vətəndaşı saxlanılıb”, - deyə məlumatda vurğulanıb.
Məlumata görə, sərhəddi pozan şəxs saxlanılan zaman atəş açaraq, Ukrayna ərazisində gizlənməyə çalışıb: “Atışma nəticəsində o, ağır yaralanıb”.
Sərhəd pozucundan iki tapança, 5 qumbara, 50 ədəd 5,45 mm çapında güllə, 26 ədəd ampula götürülüb. Ampulanın civə olduğu ehtimal edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-ukrayna-serhedinde-atisma-olub-bir-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR